Liviyada qaz zavodunda baş verən yanğında bir nəfər ölüb

Dünya xəbərləri Xəbər 12 Noyabr 2026 02:28 (UTC +04:00)
Liviyada qaz zavodunda baş verən yanğında bir nəfər ölüb

Bakı. Trend:

Liviyanın şərqində yerləşən Marsa əl-Breqa şəhərində “Sirt” (Sirte Oil Company) şirkətinə məxsus qaz zavodunda baş verən yanğın və ardınca partlayış nəticəsində bir işçi ölüb, daha dörd nəfər xəsarət alıb.

Bu barədə Liviyanın Milli Neft Korporasiyası (NOC) məlumat yayıb.

Korporasiyanın məlumatına görə, yanğın çərşənbə günü səhər saatlarında zavodda baş verib və yanacaq qazının buxar qazanlarına verildiyi boru kəmərlərindən birində partlayışa səbəb olub.

“Hadisə nəticəsində ərəb əsilli bir işçi ölüb, şirkətin daha dörd əməkdaşı xəsarət alıb”, - deyə bəyanatda bildirilib.

Qəza-xilasetmə xidmətləri və yanğınsöndürənlər qaz xətlərini bağlayaraq yanğını nəzarət altına alıblar. Ehtiyat tədbiri olaraq zavodun fəaliyyəti tamamilə dayandırılıb. Şirkət isə adi rejimdə fəaliyyətini davam etdirir.

NOC vurğulayıb ki, hadisə daxili bazara qaz tədarükünə və xam neft hasilatına təsir göstərməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti