Nyu-Yorkda bina çöküb: bir nəfər ölüb, 10 nəfər yaralanıb

Hadisə Xəbər 12 Noyabr 2026 04:53 (UTC +04:00)
Nyu-Yorkda bina çöküb: bir nəfər ölüb, 10 nəfər yaralanıb

Bakı. Trend:

ABŞ-nin Nyu-York şəhərinin Bruklin bölgəsində tikinti sahəsinin yaxınlığında üçmərtəbəli binanın çökməsi nəticəsində bir nəfər ölüb, azı 10 nəfər xəsarət alıb.

Bu barədə "AP" agentliyi məlumat yayıb.

Şəhərin yanğınsöndürmə xidmətinin məlumatına görə, dörd nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha altı nəfər isə yüngül xəsarətlər alıb.

Məlumata əsasən, hadisə noyabrın 11-də günorta saatlarında Fletbuş rayonunda baş verib. Binanın çökməsindən sonra insanlar dağıntılar altında qalıb və xilasedicilər bir neçə saat ərzində axtarış əməliyyatı aparıblar. Axşam saatlarında yanğınsöndürənlər dağıntılar altından sağ qalan bir nəfəri çıxara biliblər.

Qeyd olunub ki, uçmuş bina tikinti işlərinin aparıldığı və kotlovanın qazıldığı ərazinin sərhədində yerləşib. Hadisə nəticəsində kərpic və taxta konstruksiya qalıqları tikinti sahəsini örtüb.

Xəbər lenti

Xəbər lenti