Bakı. Trend:
Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes və Braziliya lideri Luis İnasio Lula da Silva ikitərəfli görüş keçiriblər. Görüşün yekununda tərəflər ikitərəfli münasibətləri ən yüksək səviyyədə tam bərpa etməyə hazır olduqlarını bildiriblər.
Bu barədə Braziliya prezidentinin mətbuat xidməti məlumat yayıb.
“[Liderlər] ikitərəfli münasibətlərin ən yüksək səviyyədə tam bərpa olunmasına hazır olduqlarını bildiriblər. (...) Onlar, həmçinin Braziliyanın Venesuelanın neft sektoruna investisiyalarının genişləndirilməsi perspektivlərini müzakirə ediblər”, - deyə mətbuat xidməti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Türkiyənin Antalya şəhərində Rodriqeslə keçirilən görüşün yekunlarına dair məlumatında bildirib.
Qeyd olunub ki, Braziliya lideri ikitərəfli tərəfdaşlığın iqtisadi əhəmiyyətini vurğulayıb və Braziliyanın biznes nümayəndə heyətlərinin qonşu respublikaya son səfərlərini xatırladıb.