Rusiyada 5,4 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Xəbər 12 Noyabr 2026 05:57 (UTC +04:00)
Rusiyada 5,4 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Rusiyanın Kamçatka yarımadasında 5,4 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.

Məlumata əsasən, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 324 kilometr məsafədə yerləşib.

“Seismik hadisənin maqnitudası 5,4 olub. Episentr Petropavlovsk-Kamçatskidən 324 kilometr məsafədə yerləşib, ocaq isə 30 kilometr dərinlikdə qeydə alınıb”, - deyə qurumdan bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti