Bakı. Trend:
Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığındakı Şuşarı qəsəbəsində avtomobil partladılıb.
“Fontanka”nın məlumatına görə, partlayış zamanı sükan arxasında Rusiya Ordusunun yüksək rütbəli zabiti olub.
Mənbənin məlumatına görə, həmin şəxs polkovnik rütbəsində olub və həlak olub. Partlayış anında onun yanında olan ailə üzvü isə xəsarət alsalar da sağ qalıblar.
Avtomobilin asltında yerləşdirilən partlayıcı qurğunun məısafədən işə salındığı ehtimal olunur.
Xatılrladaq ki, bundan əvvəl də Rusiyas Ordusunun yüksəsk rütbəli zabitlərinə qarşı yaşadıqları ünvanlarda sui-qəsd hücumları baş verib.
