"KazTransOil" 10 ay ərzində BTC vasitəsilə 1,32 milyon ton neft nəql edib

Energetika Xəbər 12 Noyabr 2026 10:40 (UTC +04:00)
"KazTransOil" 10 ay ərzində BTC vasitəsilə 1,32 milyon ton neft nəql edib
Alyona Pavlenko
Alyona Pavlenko
Beynəlxalq redaksiyanın jurnalisti Bütün xəbərlər

Bakı.Trend:

“KazTransOil” SC 2026-cı ilin 10 ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə 1 milyon 321 min ton neft nəql edib.

Bu barədə şirkətdən məlumat verilib.

““KazTransOil” SC-nin Aktau limanındakı imkanları vasitəsilə tankerlərə 2 milyon 922 min ton neft yüklənib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 288 min ton çoxdur. Bu həcmdən 1 milyon 321 min ton neft Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində göndərilib”, - deyə şirkətin məlumatında bildirilir.

Hesabat dövründə “KazTransOil” SC-nin magistral neft kəmərləri sistemi vasitəsilə ümumilikdə 38 milyon 306 min ton neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 323 min ton çoxdur.

Daha əvvəl bildirilmişdi ki, Qazaxıstan 2027-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft ixracını 1,7 milyon tona çatdırmağı planlaşdırır.

Hazırda bu neft kəməri ilə əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql olunur. Bundan əlavə, BTC vasitəsilə Xəzər dənizindən hasil edilən əlavə həcmdə neft və kondensatın, o cümlədən Qazaxıstan və Türkmənistandan tədarük olunan xammalın, eləcə də SOCAR-ın Azərbaycanda hasil etdiyi neftin nəqli davam etdirilir.

BTC Co. şirkətində iştirak payları aşağıdakı kimi bölüşdürülüb: SOCAR – 32,97 faiz, bp – 30,10 faiz, MOL – 8,90 faiz, TPAO – 6,53 faiz, Eni – 5 faiz, TotalEnergies – 5 faiz, ITOCHU – 3,40 faiz, ONGC Videsh – 3,10 faiz, ExxonMobil – 2,50 faiz və INPEX – 2,50 faiz.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti