Azərbaycan və "Hinduja Group" sənaye və enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İqtisadiyyat Xəbər 12 Noyabr 2026 10:48 (UTC +04:00)
Azərbaycan və "Hinduja Group" sənaye və enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Hindistanın "Hinduja Group şirkətlər qrupu sənaye, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi "X" sosial şəbəkə hesabında yazıb.

Məlumata görə, Hindistanın “Hinduja Group” şirkətlər qrupuna daxil olan “Gulf Oil International” şirkətinin sədri Sanjay Hinduja və “Ashok Leyland” şirkətinin sədri Dhiraj Hinduja ilə keçirilən görüş videokonfrans formatında baş tutub.

"Görüşdə sənaye, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdik. Texnologiya transferi, nəqliyyat vasitələrinin istehsalının lokallaşdırılması üzrə işbirliyi və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi məsələlərini dəyərləndirdik", - deyə nazir vurğulayıb.

"Hinduja Group" fəaliyyət dairəsi bütün qitələri əhatə edən, dünyanın ən böyük beynəlxalq şaxələndirilmiş biznes qruplarından biridir. 100 ildən artıq fəaliyyəti ərzində qrup biznes istiqamətlərini genişləndirərək şaxələndirib, eyni zamanda sosial və xeyriyyəçilik təşəbbüslərinə də xüsusi diqqət yetirib.

Qrupun inkişafının müxtəlif mərhələlərində ona əvvəlcə mərhum sədr Şriçand Hinduja, daha sonra isə qardaşları Prakaş və Aşok Hindujanın dəstəyi ilə mərhum Qopişand Hinduja rəhbərlik edib.

Hazırda qrupda 250 mindən çox əməkdaş çalışır. O, dünyanın bir çox iri şəhərlərində, eləcə də Hindistanın bütün əsas şəhərlərində təmsil olunur.

"Hinduja Group" avtomobil sənayesi, bank sektoru və maliyyə xidmətləri də daxil olmaqla iqtisadiyyatın ənənəvi sahələrində, eləcə də rəqəmsal texnologiyalar və bərpaolunan enerji kimi yeni istiqamətlərdə strateji mövqelərə malikdir.

Qrup qarşılıqlı etimad, hörmət, birlik və əməkdaşlığa xüsusi önəm verməklə ənənəvi ailə dəyərlərinə sadiqdir. Fəaliyyətində bu prinsipləri müasir idarəetmə metodları, peşəkar rəhbərlərin müstəqilliyi və yüksək iş nəticələrinə görə əməkdaşların mükafatlandırılması ilə uzlaşdırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti