Elnur Rzayev şəhid atasının yas mərasimində iştirak edib (FOTO)

Cəmiyyət Xəbər 12 Noyabr 2026 15:34 (UTC +04:00)
Elnur Rzayev şəhid atasının yas mərasimində iştirak edib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Üçgünqışlaq kəndində Birinci Qarabağ müharibəsi şəhidi Sadiq Qurbanəliyevin atası Arif Qurbanəliyevin yas mərasimində iştirak edib.

Rayon rəhbəri mərasimdə şəhid ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Elnur Rzayev şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, onların Vətən yolunda göstərdiyi qəhrəmanlıqların xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

İcra başçısı şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb, onların sosial problemlərinin həllinin daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mərasimdə mərhumun ruhuna dualar oxunub, şəhidlərimizə və dünyadan köçən yaxınlarına Allahdan rəhmət diləyiblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti