Paşinyan Dublində çətinliklə üzləşdi – Özü paylaşdı (VİDEO)

Dünya xəbərləri Xəbər 12 Noyabr 2026 16:03 (UTC +04:00)
Paşinyan Dublində çətinliklə üzləşdi – Özü paylaşdı (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Dublindəki hoteldə dabançəkənin olmamasından şikayətlənib.

Bu barədə o sosial Facebook səhifəsində Dublindəki hoteldən görüntüsünü paylaşıb. Videoda o, dabançəkəndən istifadə etmədən ayaqqabı geyinməyə çalışır.

“Bu hoteldə nədənsə dabançəkən yoxdur. Ayaqqabını əziyyətlə geyinməli olacağam”, – deyə baş nazir bildirib.

Video “Elit həyatın fəsadları” yazısı ilə müşayiət olunub.

Nikol Paşinyan Avropa Siyasi Birliyinin (ASB) IX sammitində iştirak etmək üçün işgüzar səfərlə İrlandiyaya gedib. Səfər çərçivəsində onun xarici həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti