"Qırğızlarla özbəklərin arasında ədavət salmaq istəyirlər"

Dünya xəbərləri Xəbər 12 Noyabr 2026 14:45 (UTC +04:00)
"Qırğızlarla özbəklərin arasında ədavət salmaq istəyirlər"
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qırğızıstanda seçkilər ərəfəsində ölkənin cənubunda qırğızlarla özbəklər arasında xalqlararası münaqişənin qızışdırılmasına cəhd edilə bilər.

Bu barədə prezident Sadır Japarovun mətbuat xidməti tərəfindən noyabrın 12-də dərc olunan müraciətində bildirilib.

“Özbəklərlə qırğızlar arasında münaqişəni qızışdırmaq üçün insanların hisslərinə təsir edən və onların milli qüruruna toxunan yalan şayiələr yaymaq kifayət edir”, – deyə o qeyd edib.

Japarov vətəndaşları təxribatlara uymamağa və yoxlanılmamış məlumatları yaymamağa çağırıb. O, 1990 və 2010-cu illərdə baş vermiş faciəli hadisələri xatırladıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti