Bakı.Trend:
Fransa Prezident Administrasiyasının fəxri qarovul dəstəsinin hərbçisi Fransa Prezidenti Emmanuel Makronun yanında huşunu itirib.
Bu barədə "Reuters" məlumat yayıb.
Hadisə noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrininin Parisdə təntənəli qarşılanması zamanı baş verib.
Nəşrin məlumatına görə, hərbçilərdən biri qəfil müvazinətini itirərək qılıncını aşağı salıb və yerə yıxılıb. Nəşr onun huşunu itirdiyini ehtimal edir.
