Gələn ilin büdcəsində qeyri-neft ÜDM-in 4,4%-lik real artımı əsas götürülüb - Nazir müavini

İqtisadiyyat Xəbər 12 Noyabr 2026 11:29 (UTC +04:00)
Gələn ilin büdcəsində qeyri-neft ÜDM-in 4,4%-lik real artımı əsas götürülüb - Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı.Trend:

Gələn ilin büdcəsində qeyri-neft ÜDM-in 4,4%-lik real artımı əsas götürülüb.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, növbəti il üçün dövlət və icmal büdcələrin hesablanmasında makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, ümumi daxili məhsulun 2,7 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 4,4 faizlik real artımı əsas kimi götürülüb.

“Növbəti il üçün dövlət və icmal büdcələrin hesablanmasında makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, ümumi daxili məhsulun 2,7 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 4,4 faizlik real artımı əsas kimi götürülüb”, - deyə nazir müavini əlavə edib

Məqalədə:

Xəbər lenti

Xəbər lenti