Çinin Tayvanla birləşməsi labüddür - Cinpin

Dünya xəbərləri Xəbər 12 Noyabr 2026 14:26 (UTC +04:00)
Çinin Tayvanla birləşməsi labüddür - Cinpin
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çinin Tayvanla birləşməsi labüddür və bu, ölkənin hakim Kommunist Partiyasının dəyişməz tarixi missiyasıdır.

"Reuters"in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin bildirib.

“Tarixin gedişatını dayandırmaq mümkün deyil. Vətənin tam birləşməsi təmin edilməlidir və mütləq təmin olunacaq”, – deyə dövlət başçısı bildirib.

O, bu bəyanatla Çin Respublikasının inqilabçısı və ilk prezidenti Sun Yat-senin anadan olmasının 160 illiyinə həsr olunmuş tədbirdə çıxış edib. Sun Yat-sen həm Çində, həm də Tayvanda ehtiramla yad edilir.

Si Cinpin, həmçinin birləşmənin “bir ölkə, iki sistem” prinsipi çərçivəsində dinc yolla həyata keçirilməli olduğunu vurğulayıb. Bununla yanaşı, o, Tayvanda yaşayan çinliləri separatçı qüvvələrin qarşısını almağa çağırıb.

Daha əvvəl “South China Morning Post” (SCMP) qəzeti Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Tramp və ÇXR sədri Si Cinpinin üçtərəfli görüş zamanı süni intellektdən (Sİ) istifadəyə nəzarət məsələsində razılığa gələ biləcəklərini yazıb. Həmçinin ehtimal olunur ki, Putin xarici liderlərlə nüvə arsenalının idarəetmə sistemlərini müzakirə edə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti