Son imtahan uçuşumu da uğurla başa vurdum - AZAL-ın stajor pilotu

İqtisadiyyat Xəbər 12 Noyabr 2026 16:45 (UTC +04:00)
Son imtahan uçuşumu da uğurla başa vurdum - AZAL-ın stajor pilotu
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər


Bakı. Trend:

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin stajor pilotu Cumalı Rüfət pilot hazırlığı proqramı çərçivəsində təlim uçuşlarını uğurla başa vurub.

Trend-in Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

Pilotun sözlərinə görə, o, 2021-ci ildə Milli Aviasiya Akademiyasını bitirib, 2024-cü ilin dekabr ayından etibarən isə təlim uçuşlarına başlayıb.

R. Cumalı bildirib ki, təlimlərin ilkin mərhələsində tək mühərrikli "Cessna 172" tipli təyyarədə uçuşlar həyata keçirib, daha sonra isə iki mühərrikli "Diamond 42" təlim təyyarəsi ilə hazırlığını davam etdirib.

"Ən sonuncu imtahan uçuşumu da uğurla başa vurdum. Bununla da təlim prosesini tamamladım. Mənə bu imkanı yaratdığına görə, başda AZAL-ın kollektivi olmaqla, hər kəsə təşəkkürümü bildirirəm", – deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti