Lənkəranda 7-si uşaq olmaqla 9 nəfər qidadan zəhərlənib (YENİLƏNİB)

Cəmiyyət Xəbər 12 Noyabr 2026 17:09 (UTC +04:00)
Lənkəranda 7-si uşaq olmaqla 9 nəfər qidadan zəhərlənib (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) noyabrın 11-də saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

16:46

xxx

Lənkəran rayonunda qeydə alınan zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma zamanı rayonun Osaküçə kənd sakinləri olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidoru istehlak etdikdən sonra özlərini narahat hiss etdikləri məlum olub.

Hazırda Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırma və tədbirlər davam etdirilir.

AQTA vətəndaşlara məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət etməyi tövsiyə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti