Bakı. Trend:
Microsoft şirkətinin 365 xidmətlərində qlobalmiqyaslı texniki nasazlıq qeydə alınıb.
Xarici KİV-in yaydığı məlumata əsasən nasazlıq nəticəsində 74 ölkədə Outlook, Teams, SharePoint, Copilot və Defender XDR xidmətlərinin fəaliyyətində problemlər yaranıb.
İlkin məlumatlara görə, baş verən insidentin səbəbi kimi kiberhücum ehtimalı da nəzərdən keçirilir. Lakin nasazlığın kiberhücumla əlaqəli olub-olmadığı hələlik təsdiqlənməyib.
Microsoft bildirib ki, yaranmış nasazlığın təsirlərini azaltmaq, hazırda qarşılaşdıqları maneəni aradan qaldırmaq və xidmət infrastrukturunun müəyyən hissələrini yenidən normal fəaliyyət vəziyyətinə qaytarmaq üçün bir neçə istiqamətdə iş aparılır.
