Bakı. Trend:
Amerikanın “SpaceX” və “Tesla” şirkətləri dekabr ayında birləşmə barədə elan verə bilərlər.
Bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, sahibkar İlon Maska məxsus iki şirkətin birləşməsi tarixdə ən böyük sövdələşmə ola bilər. Birləşmə nəticəsində elektrik avtomobilləri, enerji saxlama batareyaları, raketlər və süni intellekt texnologiyalarından istifadə edən peykləri əhatə edən iri şirkətlər qrupu yarana bilər.
Məlumata əsasən, hazırda işçi qruplar birləşmənin şərtlərini və yeni şirkətin idarəetmə strukturunu müzakirə edirlər.
Qeyd edək ki, İlon Mask daha əvvəl hər iki şirkətin mümkün birləşməsini müzakirə etdiyini bildirmiş və bu təşəbbüsə dəstəyini ifadə etmişdi.