Azərbaycan nefti ucuzlaşıb

Energetika Xəbər 13 Noyabr 2026 09:40 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,75 ABŞ dolları və ya 0,74% ucuzlaşaraq 99,88 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,74 dollar və ya 0,77% ucuzlaşaraq 95,90 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,54 dollar və ya 0,78% azalaraq 69,04 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,66 dollar və ya 0,71% azalaraq 92,06 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

"Trading Economics"in məlumatına görə, cümə günü neftin bir barelinin qiyməti 88 dolları ötüb.
"Əvvəlki ticarət sessiyasında bahalaşan neft qiymətləri ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun artıq İranla razılaşmaya ehtiyac duymadığını bildirməsindən sonra yüksələn dinamikanı qoruyub. Bu açıqlama müharibənin diplomatik yolla həllinə dair ümidləri zəiflədib.

Tramp, həmçinin vitse-prezident Cey Di Vensin Tehranla danışıqlardan daha çox daxili məsələlərə üstünlük verməsini tapşırıb.

İran isə birbaşa sülh danışıqlarının başlanması üçün ABŞ-nin ölkəyə qarşı dəniz blokadasını və sanksiyaları aradan qaldırmalı olduğu mövqeyində qalır. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi də Tehranın zənginləşdirilmiş nüvə materiallarını ölkədən çıxarmaq niyyətində olmadığını vurğulayıb.

Bütün bu hadisələrə baxmayaraq, Yaxın Şərqdən xam neft ixracının bərpası fonunda neft qiymətləri ardıcıl ikinci həftəlik ucuzlaşmaya doğru irəliləyir.

ABŞ-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının qələbəsi də münaqişənin daha tez başa çatacağına dair gözləntiləri gücləndirib", - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti