Bitkoinin qiyməti 70 min dollar həddindən aşağı düşüb

İqtisadiyyat Xəbər 13 Noyabr 2026 08:15 (UTC +04:00)
Bitkoinin qiyməti 70 min dollar həddindən aşağı düşüb

Bakı. Trend:

2026-cı il avqustun 20-dən bəri ilk dəfə olaraq ticarət əməliyyatları zamanı Bitkoinin dəyəri 70 min dollardan aşağı enib.

Bu barədə “Binance” platformasının məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 06:52-də Bitkoin 2,18% dəyər itirərək 69,9 min dollar səviyyəsinə düşüb.

Saat 06:57-də isə kriptovalyutanın ucuzlaşma tempi zəifləyib və onun qiyməti 70 271 dollara yüksəlib. Buna baxmayaraq, bu göstərici əvvəlki səviyyədən 1,66% aşağı olub.

Eyni vaxtda “Ethereum”un qiyməti də 1,41% azalaraq 1 991,23 dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti