Bakı.Trend:
NATO əvvəllər Rusiyaya şərqə doğru genişlənməyəcəyinə dair vədlər versə də, sonradan bu vədləri dəfələrlə pozub. Buna görə də əldə olunan razılaşmaların yazılı şəkildə rəsmiləşdirilməsi zəruridir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci kanal"a müsahibəsində bildirib.
NATO-nun gələcəkdə genişlənməsindən imtina etməsi sənədlə rəsmiləşdirilməlidir.
"Əlbəttə, bizim üçün bu qədər vacib olan belə bəyanatların arxasında NATO-nun genişlənməməsinin sənədlə rəsmiləşdirilməsi istiqamətində konkret addımlar dayanmalıdır", - deyə o bildirib
Peskovun sözlərinə görə, Moskvaya əvvəllər NATO-nun şərqə doğru genişlənməyəcəyi vəd edilsə də, sonradan alyans yeni üzvləri qəbul etməyə davam edib və bunu 5-6 dəfə təkrarlayıb.
RBK NATO-nun genişlənmə xronologiyasını təqdim edib:
-
Birinci mərhələ – 1999-cu il. Ölkələr: Polşa, Macarıstan, Çexiya.
-
İkinci mərhələ – 2004-cü il. Ölkələr: Bolqarıstan, Rumıniya, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya.
-
Üçüncü mərhələ – 2009-cu il. Ölkələr: Albaniya, Xorvatiya.
-
Dördüncü mərhələ – 2017-ci il. Ölkə: Monteneqro.
-
Beşinci mərhələ – 2020-ci il. Ölkə: Şimali Makedoniya.
-
Altıncı mərhələ – 2023–2024-cü illər. Ölkələr: Finlandiya və İsveç.
