Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi 10%-dən çox artıb

İqtisadiyyat Xəbər 13 Noyabr 2026 13:24 (UTC +04:00)
Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi 10%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-oktyabr aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 14 milyard 288,8 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,2 faiz çox xidmət göstərilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, xidmətlərin 8 milyard 546,7 milyon manatı (59,8 faizi) yük daşınması, 3 milyard 860,0 milyon manatı (27,0 faizi) sərnişin daşınması, 1 milyard 882,1 milyon manatı (13,2 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.

Nəqliyyat sektorunda 205,1 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox yük daşınıb. Yüklərin 63,5 faizi avtomobil, 25,0 faizi boru kəməri, 7,6 faizi dəmir yolu, 3,7 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı ilə daşınıb.

Hesabat dövründə 1 milyard 861,9 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çox sərnişin daşınıb. Sərnişinlərin 90,0 faizi avtomobil nəqliyyatı, 9,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti