Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib

Siyasət Xəbər 13 Noyabr 2026 16:06 (UTC +04:00)
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə əmirliyində baş verən ağır yol qəzası ilə bağlı başsağlığı verib.

Bu barədə nazirliyin rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, qəza nəticəsində 14 nəfərin həlak olması və onlarla insanın yaralanması xəbəri dərin kədərlə qarşılanıb.

"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara tezliklə və tam sağalmalarını arzulayırıq.

Bu ağır kədərdə Birləşmiş Ərəb Əmirlikləri ilə həmrəy olduğumuzu bildiririk",- deyə qeyd edilib.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə əmirliyində 18 avtomobil və 5 yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər ölüb, 30 nəfər yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti