Bakı.Trend:
Dağıstanlı MMA (qarışıq əlbəyaxa döyüş sənətləri) ustası, PFL çempionu Usman Nurmaqomedov Dubay otelində baş vermiş kütləvi dava ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərində 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə TASS yerli hüquq mühafizə orqanlarından olan mənbəyə istinadən məlumat yayıb.
Xatırladaq ki, peşəkar döyüşçünün həbsinə səbəb olmuş insident noyabrın 11-də Əbu-Dabidə Yas adasındakı hotellərdən birinin foyesində baş verib. Gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili müsahibə verdiyi zaman rusiyalı idmançı Usman Nurmaqomedov və onun ətrafındakı şəxslər ona yaxınlaşıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Nurmaqomedovun Dvalişviliyə sillə vurduğu, bundan sonra tərəflər arasında kütləvi davanın başladığı görünür. Əbu-Dabi polisi insidentlə əlaqədar davada iştirak edən 8 nəfərin, hadisəni lentə alan daha 2 nəfərin saxlanıldığını və onların Baş Prokurorluğa göndərildiyini açıqlayıb.
