Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib

Cəmiyyət Xəbər 13 Noyabr 2026 17:56 (UTC +04:00)
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Telman Musa oğlu Allahverdiyev Gürcüstandan Azərbaycana ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, onun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin olunub.

Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində araşdırılan cinayət işi üzrə T.Allahverdiyevin xüsusilə külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub. İstintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

T.Allahverdiyev Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.

Xəbər lenti

Xəbər lenti