Bir sıra məhsulların idxalına gömrük rüsumlarının dərəcələri dəyişdirilir

Siyasət Xəbər 13 Noyabr 2026 18:20 (UTC +04:00)
Bir sıra məhsulların idxalına gömrük rüsumlarının dərəcələri dəyişdirilir
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qərarla bir sıra məhsullar üçün idxal gömrük rüsumunun dərəcələri 2030-cu ilin sonunadək dəyişdirilir.

Belə ki, 2030-cu ilin sonunadək idxal olunan nərə balığının kürüsü üçün idxal gömrük rüsumunun dərəcəsinin 15%, lakin 1 kq üçün 200 ABŞ dollarından az olmamaqla (hazırda idxal dəyərinin 15%-i), siqar, siqaret və siqarillalar üçün 15%, lakin 1000 ədədinə 3,0 ABŞ dollarından az olmamaqla (hazırda 1000 ədədi 0,5 ABŞ dolları), polivinilxloridlə (PVC) hopdurulmuş və ya üzlənmiş tekstil parçalar üçün 15% (hazırda 0 və ya 5%) təyin olunur.

Xəbər lenti

Xəbər lenti