ABŞ-də bütün hava limanlarından uçuşlar dayandırılıb

Dünya xəbərləri Xəbər 14 Noyabr 2026 03:27 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) aviadispetçerlərin avadanlıqlarında yaranan nasazlıq səbəbindən ölkə üzrə bütün hava limanlarından uçuşları dayandırıb.

Müvafiq qərar fövqəladə hallar və təhlükəsizlik mülahizələri ilə əlaqədar qəbul edilib.

“Bütün hava limanlarında uçuşlara qadağa qoyulub. Yola düşməsi planlaşdırılan bütün reyslər növbəti göstəriş verilənədək hava limanlarında qalmalıdır”, - deyə sənəddə qeyd olunub.

FAA-dan bildirilib ki, məhdudiyyət uçuşların idarə edilməsi sisteminin fəaliyyətinə təsir göstərən avadanlıq nasazlığı ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti