Rusiyada terror aktı hazırlamaqda şübhəli bilinən şəxs həbs olunub

Dünya xəbərləri Xəbər 13 Noyabr 2026 20:42 (UTC +04:00)
Rusiyada terror aktı hazırlamaqda şübhəli bilinən şəxs həbs olunub

Bakı. Trend:

Rusiyanın Stavropol şəhərindəki ticarət mərkəzində terror aktı hazırlamaqda ittiham olunan şəxs iki ay müddətinə həbs edilib.

Bu barədə Stavropol diyarının məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təqsirləndirilən şəxs terror təşkilatının üzvü ilə əvvəlcədən razılığa gələrək, ticarət mərkəzində partlayış törətmək üçün kustar üsulla hazırlanmış partlayıcı qurğunun komponentlərini əldə edib və yaşadığı ünvanda saxlayıb.

Məhkəmə onun barəsində 2027-ci il yanvarın 12-dək həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, daha əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Stavropolda Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşını ticarət mərkəzində partlayış hazırlamaqda şübhəli bilərək saxlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti