Gültac Məmmədəliyeva Zaqreb Qran-prisinin bürünc medalını qazanıb

İdman Xəbər 13 Noyabr 2026 23:01 (UTC +04:00)
Gültac Məmmədəliyeva Zaqreb Qran-prisinin bürünc medalını qazanıb
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin bürünc medalına sahib çıxıb.

52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız xorvatiyalı Tixeya Topolovets və Çin Taypeyi təmsilçisi Pin-Syun Tsenq üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib.

Bu mərhələdə macarıstanlı Roza Dyertyaşa məğlub olan Məmmədəliyeva mübarizəni təsəlliverici görüşlərdə davam etdirib. Kosovolu Fatjona Kasapiyə qalib gələn cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada italiyalı İlaria Finestroneyə də qalib gələrək turnirin üçüncüsü olub.

Azərbaycanın digər təmsilçisi Nizami İmranov (66 kq) da medal qazanmağa yaxın olub. O, ardıcıl olaraq fransalı Daki Bubu, italiyalı Matteo Piras və mərakeşli Abderrahman Buşita üzərində qələbə qazanıb. Yarımfinalda braziliyalı Ronaldo Limaya məğlub olan İmranov zədələndiyi üçün bürünc medal uğrunda görüşə çıxmayıb. Nəticədə o, turniri beşinci pillədə başa vurub.

Azərbaycanın digər iki cüdoçusu isə ilk görüşlərində məğlub olaraq mübarizəni dayandırıblar. Turan Bayramov (66 kq) almaniyalı Florian Bekere, Murad Muradlı (60 kq) isə fransalı Luka Mxeidzeyə uduzub.

Qeyd edək ki, Zaqreb Qran-prisi noyabrın 15-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti