Bakı. Trend:
Qazaxıstan və Böyük Britaniyadan olan alimlər Qazaxıstanın şərqində yerləşən Arkalı dağ silsiləsində yeni kəpənək növü aşkar ediblər.
Bu barədə Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universitetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeni növ Noctuidae fəsiləsinə və Bryophilinae yarımfəsiləsinə aiddir. Kəpənək sovet və qazax tarixçisi Manaş Kozıbayevin, eləcə də onu aşkar edən qazaxıstanlı və britaniyalı entomoloqlar Sergey Titov və Anton Volynkinin şərəfinə Scythobrya kozybayevi Volynkin & Titov adlandırılıb.
"Beləliklə, akademik Manaş Kozıbayevin adı təkcə Rusiya elminin tarixində deyil, həm də beynəlxalq zooloji nomenklaturada öz yerini tapıb", - deyə universitetin bəyanatında bildirilib.
Yeni aşkar edilmiş kəpənək gecə həyat tərzi keçirir. Onun haqqında elmi məqalə noyabr ayında Entomological Studies jurnalında dərc olunub.
Nəşrdə yer alan məlumata görə, kəpənəyin ön qanadları tünd qəhvəyi, arxa qanadları açıq qəhvəyi, bədəni isə bozumtul-qəhvəyi rəngdədir.
