Pep Qvardiola ABŞ millisinin baş məşqçisi olmağa yaxındır

İdman Xəbər 13 Noyabr 2026 22:01 (UTC +04:00)
Pep Qvardiola ABŞ millisinin baş məşqçisi olmağa yaxındır
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola ABŞ milli futbol komandasının sükanı arxasına keçə bilər.

ABŞ Futbol Federasiyası gələn həftə ispaniyalı mütəxəssislə ilkin danışıqlara başlamağı planlaşdırır.

Qvardiola hazırkı baş məşqçi Maurisio Poçettinonun əvəzlənməsi üçün əsas namizəd hesab olunur. Kataloniyalı mütəxəssisin də bu təklifə müsbət yanaşdığı bildirilir. Bununla belə, tərəflər arasında danışıqlar hələ ilkin mərhələdədir və hər hansı razılıq əldə olunmayıb.

Poçettino yaxın günlərdə ABŞ millisini KONKAKAF Millətlər Liqasının 1/4 final mərhələsində Haiti ilə keçiriləcək oyunlara çıxaracaq. Bundan sonra argentinalı mütəxəssisin İngiltərəyə yollanaraq gələn çərşənbə günü “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti