Bakı. Trend:
Almaniyanın avtomobil istehsalçısı BMW yanğın riski ilə əlaqədar ABŞ-da 720 796 avtomobili geri çağırır.
Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
Administrasiya avtomobil sahiblərinə nəqliyyat vasitələri təmir olunana qədər onları binalardan və digər avtomobillərdən uzaqda, açıq ərazidə park etməyi tövsiyə edib.
BMW problemin aradan qaldırılması istiqamətində iş aparır. Şirkət 2024-cü ildə su nasosunda yaranan nasazlıq səbəbindən avtomobillərin geri çağırılması və təmir edilməsindən sonra 10 yanğın hadisəsinin baş verdiyi barədə məlumata malikdir.
NHTSA-nın məlumatına görə, geri çağırılma BMW 3 Series, 5 Series, X1, X3, X4 və Z4 modellərinə, eləcə də 2012-2018-ci illərdə istehsal edilmiş bəzi digər avtomobillərə şamil olunur.
