Peru sahillərində 5,8 maqnitudalı zəlzələ baş verib

Dünya xəbərləri Xəbər 13 Noyabr 2026 22:24 (UTC +04:00)
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ baş verib
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Sakit okeanda, Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 104 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti

Xəbər lenti