Bakı. Trend:
Bakının Nərimanov rayonunda kafelərdən birində baş verən insidentlə əlaqədar daha 3 nəfər saxlanılıb.
Trend xəbər verir ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən daha 3 nəfər – Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
xxx
16:47
Paytaxtın Nərimanov rayonunda kafelərdən birində insident baş verib.
Trend-in məlumatına görə, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər üç nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.
DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
