Bakı. Trend:
Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
D Liqasının 2-ci qrupunda mübarizə aparan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə Lixtenşteyn yığması ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub.
Beləliklə, Azərbaycan millisi qrupu 8 xalla birinci pillədə başa vurub.
Qeyd edək ki, 2-ci qrupun sonuncu oyunu noyabrın 16-da keçiriləcək. Həmin görüşdə Litva yığması doğma meydanda Lixtenşteyni qəbul edəcək.
