"SpaceX" "Starship" kosmik sisteminin ikinci mərhələsini ilk dəfə havada tutmağa çalışacaq

Dünya xəbərləri Xəbər 14 Noyabr 2026 03:50 (UTC +04:00)
"SpaceX" "Starship" kosmik sisteminin ikinci mərhələsini ilk dəfə havada tutmağa çalışacaq
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın "SpaceX" şirkəti cümə günü "Starship" kosmik sisteminin növbəti sınaq uçuşunu həyata keçirib. Şirkət bu dəfə ilk dəfə olaraq sistemin ikinci mərhələsini havada tutmağı planlaşdırır.

Sınaq uçuşunun canlı yayımı şirkətin X sosial şəbəkəsindəki səhifəsində aparılır.

Raket Texas ştatındakı "Starbase" buraxılış məntəqəsindən Şərq vaxtı ilə saat 17:48-də havaya qalxıb. Sınaq çərçivəsində 26 "Starlink V3" peykinin orbitə çıxarılması nəzərdə tutulur.

İndiyədək "SpaceX" yalnız birinci mərhələ olan "Super Heavy" daşıyıcı raketinin idarəolunan şəkildə geri qaytarılaraq xüsusi qurğu vasitəsilə tutulmasını həyata keçirib. "Starship" kosmik gəmisi isə əvvəlki sınaqlarda suya eniş edib.

Qeyd edək ki, "Starship"in 14-cü sınaq uçuşu sentyabrın 28-də baş tutub. Kosmik gəmi Sakit okeana düşdükdən qısa müddət sonra partlayıb. Bununla belə, "SpaceX" hadisənin texniki problem və ya missiyanın uğursuzluğu anlamına gəlmədiyini bildirib.

Şirkətin açıqlamasına görə, "Starship" Yer ətrafında əvvəlcədən planlaşdırılan altı orbitə çıxmaq istisna olmaqla, uçuşun bütün əsas məqsədlərini yerinə yetirib.

Xəbər lenti

Xəbər lenti