Bakı. Trend:
Misir milli komandasının hücumçusu Məhəmməd Salah yeni rekorda imza atıb.
Futbolçu bu nailiyyətə Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi yığmasına qarşı keçirilən ev oyununda imza atıb.
Qarşılaşma Misir millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Salah matçın son iki qolunu vurub. O, 84-cü dəqiqədə fərqlənib, daha sonra isə əlavə vaxtın beşinci dəqiqəsində penaltini dəqiq yerinə yetirib.
Beləliklə, Misir millisinin heyətində 123 oyunda 70 qol vuran Salah yığmanın tarixində ən çox qol vuran futbolçu olub. O, əvvəlki rekordçu, hazırda 2026-cı il dünya çempionatında komandanın baş məşqçisi olan Hossam Həsənə məxsus göstəricini geridə qoyub. Həsən 176 oyunda 69 qol vurub.
Qeyd edək ki, 34 yaşlı Salah 2026-cı ilin yayında Türkiyənin “Trabzonspor” klubuna keçib. O, 2017-ci ilin yayından etibarən İngiltərənin “Liverpul” komandasında çıxış edib. Futbolçu mersisaydlıların heyətində bütün turnirlərdə 442 oyun keçirib, 257 qol vurub və 123 məhsuldar ötürmə edib.
