Çin və ABŞ gömrük rüsumlarının azaldılması ilə bağlı müzakirələr aparıb

Dünya xəbərləri Xəbər 14 Noyabr 2026 14:20 (UTC +04:00)
Çin və ABŞ gömrük rüsumlarının azaldılması ilə bağlı müzakirələr aparıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çin və ABŞ ikitərəfli ticari-iqtisadi məsləhətləşmələr mexanizmi çərçivəsində ticarət şurasının ilk iclasını keçirib.

TASS-ın məlumatına görə, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb

Nazirliyin məlumatına görə, iki ölkənin nümayəndələri gömrük rüsumlarının qarşılıqlı azaldılması da daxil olmaqla, bir sıra məsələlər ətrafında ətraflı və konstruktiv müzakirələr aparıblar.

Qeyd olunur ki, tərəflər ticarət şurasının iclaslarını davam etdirmək barədə razılığa gəliblər.

Növbəti iclaslarda 30 milyard dollaradək məbləğdə tariflərin azaldılması, kənd təsərrüfatı məhsullarının ticarəti və digər məsələlər müzakirə olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti