Stalin repressiyalarının ağır mirası: Axısxa türklərinin sürgünündən 82 il ötür

Maraqlı Xəbər 14 Noyabr 2026 12:56 (UTC +04:00)
Stalin repressiyalarının ağır mirası: Axısxa türklərinin sürgünündən 82 il ötür
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Stalin repressiyalarına məruz qalmış Axısxa türklərinin sürgününün 82-ci ildönümüdür.

Trend xatırladır ki, 1944-cü il noyabrın 14-də sovet hakimiyyəti Axısxa türklərinin Gürcüstan SSR-in sərhədyanı rayonlarından Orta Asiyaya məcburi köçürülməsinə başlayıb. Əməliyyat SSRİ Dövlət Müdafiə Komitəsinin məxfi qərarı əsasında NKVD qoşunları tərəfindən həyata keçirilib.

Noyabrın 14-dən 15-nə keçən gecə 200-dən çox yaşayış məntəqəsinin sakinləri evlərindən çıxarılıb və əşyalarını toplamaq üçün onlara cəmi bir neçə saat vaxt verilib. Daha sonra onlar yük vaqonlarında Özbəkistan, Qazaxıstan və Qırğızıstana göndəriliblər.

NKVD-nin rəsmi məlumatlarına görə, 92 mindən çox insan deportasiya edilib. Tarixçilərin hesablamalarına əsasən isə doğma yurdlarından köçürülənlərin sayı 115 mini ötüb. Müxtəlif qiymətləndirmələrə görə, sürgünə aparılarkən və sürgünün ilk aylarında aclıq, soyuq və xəstəliklər səbəbindən 12,500-17, 000 nəfər həyatını itirib.

1956-cı ildə xüsusi məskunlaşma rejimi ləğv edildikdən sonra belə Axısqa türklərinin tarixi vətənlərinə qayıtmasına icazə verilməyib.

Hazırda Axısqa türklərinin böyük diaspor icmaları Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya, Qırğızıstan, Özbəkistan, Ukrayna və ABŞ-də yaşayır.

Azərbaycanda Axısxa türklərinin “Vətən” Cəmiyyətinin fəaliyyət göstir və bu qurum 1992-ci ildən bu xalqın öz ata-baba yurduna - Gürcüstanın Axısxa bölgəsinə qayıtmalarına vasitəçilik edir. Hazırda cəmiyyət son illər ortaya çıxan müvafiq Gürcüstan qanunvericiliyinə uyğun olaraq Azərbaycandakı axısxalıların öz yurdlarına qayıtmasında yardımçı missiyasını davam etdirir.

Axısxalılar İstər 1-ci Qarabağ Müharibəsi, istərsə də Vətən Müharibəsində aktiv iştirak edib, döyüşlərdə 90-dan çox axısxa türkü şəhid olub, yüzlərlə insan isə yaralanıb.

Beynəlxalq "Minority Rights Group" təşkilatına görə, Azərbaycanda Axısxa türklərinin sayı təxminən 30,5 min nəfər qiymətləndirir.

Axısqa türkləri əsasən Sabirabad və Saatlı rayonlarında kompakt məskunlaşıb. İcmanın təxminən yarısı bu iki rayonun doqquz kəndində yaşayır; həmçinin Xaçmaz, Beyləqan və Quba rayonlarında da onların icmaları mövcuddur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti