Bakıda bu cərrahiyyə binasına 3,5 milyon manat xərclənəcək

Tender müsabiqələri Tender 14 Noyabr 2026 16:14 (UTC +04:00)
Bakıda bu cərrahiyyə binasına 3,5 milyon manat xərclənəcək
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti Bakı şəhər, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi 10 ünvanında yerləşən Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun Cərrahiyyə binasının əsaslı təmir işlərinin satın alınması üzrə tender elan edib.

Tenderdə iştirak haqqı 1 000 manat təşkil edir.

Tenderin ehtimal olunan qiyməti 3,496 milyon manat təşkil edir.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 19 noyabr saat 17:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 19 noyabr saat 17:00-da (GMT+4) keçiriləcək.

Əlavə məlumat üçün telefon: (+994) 12 493 03 18

Əlaqələndirici şəxs: Elgün Süleymanov

E-poçt: [email protected]

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A

Məqalədə:

Xəbər lenti

Xəbər lenti