Keçmiş məhkum avtobusda oğurluq etdi

Cəmiyyət Xəbər 14 Noyabr 2026 16:54 (UTC +04:00)
Keçmiş məhkum avtobusda oğurluq etdi
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Yasamal rayonu ərazisində avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon talanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə soyğunçuluq əməlini törədən əvvəllər narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş N.Əsgərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti