Bazar günü hava necə olacaq?

Cəmiyyət Xəbər 14 Noyabr 2026 12:41 (UTC +04:00)
Bazar günü hava necə olacaq?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, mülayim cənub-qərb küləyi günün ikinci yarısından güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda 0-3°şaxta, gündüz 8-13° isti olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti