“Sabah”ın basketbolçusu FIBA Çempionlar Liqasında turun ən yaxşı oyunçusu seçilib

İdman Xəbər 14 Noyabr 2026 08:40 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

FIBA Basketbol Çempionlar Liqasının rəsmi saytında IV turun ən yaxşı oyunçusunun müəyyənləşdirilməsi ilə bağlı keçirilən səsvermə başa çatıb.

Səsvermədə namizəd göstərilən beş basketbolçu arasında Azərbaycanın “Sabah” klubunun müdafiəçisi Cerri Bleyks də yer alıb.

Səsvermənin nəticələrinə əsasən, 52 faiz səs toplayan Bleyks turun ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, sözügedən turda “Sabah” doğma meydanda Türkiyənin “Trabzonspor” klubunu 91:72 hesabı ilə məğlub edib. Bu qarşılaşmada Bleyks 17 xal, 4 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti