Argentinada qaz partlayışı nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Xəbər 14 Noyabr 2026 05:57 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Argentinada baş verən qaz partlayışı nəticəsində bir nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Hadisə Remedios de Eskalada şəhərində qeydə alınıb.

Məlumata görə, müəssisələrdən birində texniki xidmət göstərən işçilər ehtiyatsızlıqdan qaz boru kəmərini deşiblər. Nəticədə şəhərin ən işlək küçələrindən birində əvvəlcə yanğın, daha sonra isə güclü partlayış baş verib.

Hazırda yanğınsöndürmə xidmətləri hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirir. Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı evlərin sakinləri təxliyə olunur.

Xəbər lenti

Xəbər lenti