Dublindəki razılaşmalar Cənubi Qafqazda dayanıqlı sülhə verilən mühüm töhfəni əks etdirir - Deputat

Siyasət Rəy 14 Noyabr 2026 14:41 (UTC +04:00)
Dublindəki razılaşmalar Cənubi Qafqazda dayanıqlı sülhə verilən mühüm töhfəni əks etdirir - Deputat
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qlobal tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsi istiqamətində növbəti mühüm addım atılıb. Birləşmiş Krallıqla imzalanan yeni strateji sənəd ölkəmizin xarici siyasətində uzunmüddətli sabitlik, təhlükəsizlik və iqtisadi şaxələndirmə xəttinin məntiqi davamı olaraq diqqət çəkir.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Kamal Cəfərov bildirib.

O qeyd edib ki, Dublin görüşü çərçivəsində əldə olunan razılaşmalar Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına verilən mühüm töhfəni əks etdirir:

“İmzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı sadiqliyin nümunəsidir. Vaşinqton Sülh Zirvəsinin ruhuna uyğun olaraq bölgədə sülh prosesinin dəstəklənməsi, müxtəlif sahələrdə dərinləşən inteqrasiya ümumi təhdidlərin qabaqlanmasında etibarlı mexanizmə çevriləcək”.

Deputat əlavə edib ki, sənəddə nəzərdə tutulan iqtisadi prioritetlər ölkənin qlobal logistika və enerji xəritəsindəki roluna müsbət təsir edəcək:

“Ticarət və investisiya əlaqələrinin yeni müstəviyə keçməsi, yaşıl enerji keçidi, bərpa olunan mənbələr üzrə tərəfdaşlıq iqtisadiyyatımızın gələcək dayanıqlığını təmin edir. Orta Dəhlizin inkişafı, nəqliyyat və logistika layihələrinin genişləndirilməsi isə Azərbaycanı Avrasiya məkanında əsas ticarət qovşağı kimi mövqeləndirir”.

Kamal Cəfərov insan kapitalının inkişafının və cəmiyyətlərarası əlaqələrin strateji tərəfdaşlığın təməli olduğunu vurğulayıb:

“İqtisadi və təhlükəsizlik uğurlarımızın arxasında məhz güclü təhsil, elm, süni intellekt və innovasiya mühiti dayanır. Britaniya ilə təhsil, peşə hazırlığı və rəqəmsal idarəetmə sahələrində qurulan praktik əməkdaşlıq gənc nəslin qlobal standartlara uyğun formalaşmasına şərait yaradır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti