Bakı. Trend:
İran yeni kəşfiyyat nazirinin adını və simasını 8 aya yaxındır ki, ictimaiyyətə açıqlamır.
Trend xəbər verir ki, bu il 22 martda İranın informasiya məsələləri üzrə vitse-prezidenti Seyid Məhəmməd Tabatabai “X” sosial şəbəkəsində İran prezidenti Məsud Pezeşkian tərəfindən nazirliyə yeni rəhbər təyin edildiyini açıqlamışdı.
O, yeni nazir barədə məlumatların lazım olan vaxtda veriləcəyini bildirmişdi. Lakin təyinatdan 8 aya yaxın vaxt keçməsinə baxmayaq yeni nazir barədə heç bir rəsmi məlumat yoxdur.
Xatırladaq ki, öncəki kəşfiyyat naziri Seyid İsmayıl Xətib 2026-ci martın 18-də ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində öldürülmüşdü.
Əlavə edək ki, İran konstitusiyasının 135-ci maddəsinə əsasən, prezident tərəfindən nazir vəzifəsinə rəhbər təyin olunan şəxs 3 ay müddətinə nazirliyin rəhbəri ola bilər. 3 ay ərzində prezident nazirlik üçün təklif etdiyi şəxsin adını etimad səsi qazanması üçün İran parlamentinə təqdim etməlidir.
