Zelenski hədəfdə: Kreml onun aradan götürülməsinə icazə verib?

Dünya xəbərləri Xəbər 14 Noyabr 2026 16:50 (UTC +04:00)
Zelenski hədəfdə: Kreml onun aradan götürülməsinə icazə verib?
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin məhv edilməsinə dair qeyri-rəsmi qadağanı aradan qaldırıb.

Bu barədə "Moskovskiy Komsomolets" məlumat yayıb.

Qeyd olunub ki, müvafiq qərar Rusiya Təhlükəsizlik Şurasının qapalı iclasında qəbul edilib. İclasda güc strukturlarının nümayəndələrinin Ukraynanın ali hərbi-siyasi rəhbərliyinin fiziki cəhətdən məhv edilməsinə icazə verilməsini tələb etdiyi iddia olunur.

Mənbələrin bildirdiyinə görə, bu mövqeyə səbəb Leninqrad vilayətinə, xüsusilə Baltik dənizi üzərindən ixracın həyata keçirildiyi qovşağa və Ust-Luqa limanına davam edən hücumlar olub. Həmçinin qarşı tərəfin beynəlxalq terrorçuların metodlarına keçdiyi iddia edilir.

Məlumatda qeyd olunur ki, Rusiya Təhlükəsizlik Şurasının iclas iştirakçıları mövcud passiv müdafiə strategiyasını səmərəsiz hesab edirlər. Onların fikrincə, ayrılan vəsaitlər belə Leninqrad vilayətində və Rusiyanın digər regionlarında bütün obyektləri pilotsuz uçuş aparatlarının hücumlarından qorumağa imkan vermir. Ukraynanın körpülərinə və enerji infrastrukturuna endirilən cavab zərbələrinin də Rusiya müəssisələrinə hücumları dayandırmadığı bildirilir.

Bu səbəbdən güc strukturlarının nümayəndələrinin Rusiya obyektlərinə zərbələr endirilməsi barədə əmrlər verən şəxslərin məhv edilməsini nəzərdə tutan daha radikal tədbirlərə keçməyi təklif etdiyi iddia olunur. Sərt mövqenin Kiyevin hazırkı rəhbərliyi ilə razılığa gəlməyin mümkünsüzlüyü ilə əlaqələndirildiyi də vurğulanır.

"Bloknot" nəşri mənbəyə istinadən yazır ki, Rusiya xüsusi xidmət orqanlarına və Aerokosmik Qüvvələrinə Kiyev rəhbərliyinin bunkerlərinə və avtomobil karvanlarına ağır hipersəs silahları ilə dəqiq zərbələr endirmək üçün icazə verilməsi təklif olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti