Bakı.Trend:
Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçın rayonunun Güləbird kənd yaşayış məntəqəsində klub-icma mərkəzinin, inzibati binanın və polis məntəqəsinin və həkim tibb məntəqəsinin tikintisi işlərinin satın alınması üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 1 000 manat təşkil edir.
Tenderin ehtimal olunan qiyməti 3,806 milyon manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 14 dekabr saat 16:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 14 dekabr saat 16:00-da (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün telefon: (+994) 12 431 87 03
Əlaqələndirici şəxs: Aygün Hüseynova
E-poçt: [email protected]
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Tbilisi prospekti, 57D
