Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub

Gündəm Xəbər 15 Noyabr 2026 13:36 (UTC +04:00)
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub

Bakı. Trend:

Rumıniya sahilləri yaxınlığında, Sulina limanı ətrafında azərbaycanlıların da olduğu tanker gəmisi dron hücumuna məruz qalıb.

Bu barədə “Azərbaycan gəmiçilərinə dəstək” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, hadisə bu gecə saat 02:00 radələrində “Palmali” şirkətinə məxsus “Alı Najafov” tankerində baş verib.

Gəmidə ümumilikdə 14 nəfər olub. Onlardan 13-nün Azərbaycan, birinin isə Türkiyə vətəndaşı olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, heyət üzvlərinin operativ müdaxiləsi nəticəsində yanğının yük tanklarına keçməsinin və dizel yanacağının alışmasının qarşısı alınıb. Hazırda gəmi heyətinin təxliyə olunmasını gözlədiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl də azərbaycanlıların olduğu digər bir gəmi dron hücumuna məruz qalıb.

Xəbər lenti

Xəbər lenti