Vuçiç Serbiya parlamentində deputat fraksiyasının rəhbəri seçilib

Dünya xəbərləri Xəbər 15 Noyabr 2026 03:11 (UTC +04:00)
Vuçiç Serbiya parlamentində deputat fraksiyasının rəhbəri seçilib

Bakı. Trend:

"Vahid Serbiya" seçki siyahısının lideri Aleksandar Vuçiç Serbiya parlamentində deputat fraksiyasına rəhbərlik edəcək.

Bu barədə Vuçiç "Pink" telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, fraksiyanın "Vahid Serbiya", "Serbiya terrora qarşı" və ya başqa adla fəaliyyət göstərəcəyi ilə bağlı yekun qərarın bazar ertəsi və ya çərşənbə axşamı səhər saatlarında verilməsi gözlənilir.

Vuçiç ilkin mərhələdə fraksiyaya şəxsən rəhbərlik edəcəyini bildirib. Bununla yanaşı, o, bu vəzifədə uzun müddət qalacağına əmin olmadığını da qeyd edib.

Xəbər lenti

Xəbər lenti