Bəhreyn İranın hücumu zamanı bir neçə hava hədəfini zərərsizləşdirib

Dünya xəbərləri Xəbər 15 Noyabr 2026 11:45 (UTC +04:00)
Bəhreyn İranın hücumu zamanı bir neçə hava hədəfini zərərsizləşdirib

Bakı. Trend:

Bəhreynin hava hücumundan müdafiə (HHM) sistemləri İranın hücumu zamanı bir neçə hava hədəfini ələ keçirərək məhv edib.

Bu barədə Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Bəhreynin HHM sistemləri “İranın bir sıra xain hava hücumlarının qarşısını alıb”, düşmən hədəflərini zərbə endirməyə imkan vermədən ələ keçirərək məhv edib.

Qeyd edək ki, Bəhreyn Daxili İşlər Nazirliyi noyabrın 15-də səhər saatlarında krallıq ərazisində mümkün təhlükə ilə bağlı iki dəfə xəbərdarlıq yayaraq əhalini təhlükəsiz yerlərdə sığınmağa çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti